Patruşevin istefaya göndərilən müavini Medvedevin köməkçisi təyin olundu

Rusiya Təhlükəsizlik Şurası katibinin bu gün istefaya göndərilən keçmiş müavini Yuri Averyanov “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin köməkçisi təyin olunub.

Azpost.info xəbər verir ki, bu barədə partiyanın “Teleqram” kanalı məlumat yayıb.

“Averyanov prezidentin sərəncamı ilə yaradılmış xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunda qrup rəhbəri Andrey Turçakın müşaviri statusunda çalışacaq”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Boeing 747” erası başa çatdı

Sonrakı məqalə

Fevralda Bakıda və bölgələrdə hava necə olacaq?