“Payızda koronavirusun növbəti dalğası olacaq” –ABŞ-ın Milli Yoluxucu Xəstəliklər İnstitutundan bədbin açıqlama

“2020-ci ilin payızı ərəfəsində yeni növ koronavirusun növbəti dalğası olacaq”. 

Bu sözləri Ağ Evdə keçirilən brifinqdə ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi söyləyib.

O bildirib ki, ABŞ hakimiyyəti virusun payızda baş tutacaq yeni dalğasını gözləyir və buna hazırlaşmaq istəyir: “İnanıram ki, altı ay ərzində ölkə virusla mübarizə qabiliyyətini inkişaf etdirəcək, bir sıra testlər keçirəcək və COVID-19-a cavab verəcək”.

Mütəxəssisin çıxışından sonra ABŞ Prezidenti Donald Tramp da ehtimal edilən yeni koronavirus dalğası ilə bağlı fikirlərini bildirib. O, birləşmiş ştatların virusun ikinci dalğasına hazır olduğunu desə də, amma bunun baş verməyəcəyinə ümid etdiyini vurğulayıb: “Ancaq bütün hallarda biz hazırıq”. (APA)

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 160 mindən çox koronavirusa yoluxub, 2,9 mindən çox insan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər sutka ərzində atəşkəsi 22 dəfə pozub

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 19 dollara düşdü-