Şəhər mobilliyi prinsiplərinə uyğun olaraq Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib. Paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş edilir.