Pekin Fransadan Çin-Aİ münasibətlərini yoluna qoymağı xahiş edib

“Pekin Parisin Çin və Avropa İttifaqı arasında münasibətlərin sabitləşməsinə kömək edəcəyinə ümid edir”.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

O, həmçinin Fransanın biznes üçün əlverişli şərait yaradacağına ümid etdiyini bildirib.

“Ümid edirik ki, Fransa tərəfi Çin şirkətlərini inkişaf üçün ədalətli, şəffaf və əlverişli biznes mühiti ilə təmin edəcək. Həmçinin Fransa tərəfi Çin-Avropa İttifaqı münasibətlərinin sağlam və sabit inkişafında konstruktiv rol oynayacaq”, – Van İ deyib.

Azpost.info

Əvvəlki məqalə

Qərb Ukrayna üçün süni intellekt texnologiyası ilə təchiz edilən dronlar hazırlayır

Sonrakı məqalə

Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar