“Blok qarşıdurması təhlükəsizliyi təmin edə bilməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuat konfransında Ali Radanın deputatı Aleksey Qonçarenkonun ukraynalıların ABŞ tərəfində Çinlə döyüşməyə hazır olması barədə sözlərini şərh edərkən bildirib.
Nin eyni zamanda, Çinin Ukrayna böhranının siyasi həllində konstruktiv rol oynamağa davam edəcəyini deyib.
“Ukrayna böhranından mühüm dərs odur ki, blok qarşıdurması təhlükəsizliyi təmin edə bilməz. Çin məsul güc olaraq Ukrayna böhranının siyasi həllində konstruktiv rol oynamağa davam edəcək”, – Mao Nin bildirib.
Qonçarenko İran, Çin və ya Şimali Koreya ilə döyüşməyə hazır olduğunu bildirmişdi. O, həmçinin NATO-ya üzv olmaq üçün Ukrayna Silahlı Qüvvələrinin itirdiyi ərazilərdən imtina etməyi, sonra isə itirilən yerləri qaytarmağı təklif edib.
Azpost.info