“Penaltiyə görə üzr istəyirəm, uğursuz oldu” –Mbappe kədərlənib

“Turnirlə vidalaşmağın acısı böyükdür. Bu səhifəni çevirib arxada qoymaq çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu Fransa millisinin futbolçusu Killian Mbappe deyib.

AVRO-2020-nin 1/8 final mərhələsinin İsveçrə ilə matçının (3:3) taleyini penaltilər seriyası həll edib. 11 metrlik zərbəni qaçıran Mbappe “üçrənglilər”in məğlubiyyətində pay sahibi olub. O, matçdan sonra buna görə üzr istəyib: “Hədəfimizə çata bilmədik. Bu penaltiyə görə üzr istəyirəm. Mən komandaya kömək etmək istəyirdim. Amma uğursuzluqla üzləşdim. Yatmaq çətin olacaq. Təəssüf ki, çox sevdiyim bu idman növünün riskləri belədir. Bilirəm ki, siz azarkeşlər məyussunuz. Dəstəyə və həmişə bizə inandığınıza görə təşəkkür edirəm. İndi qarşıdakı sınaqlar öncəsi daha güclü olmaq vacibdir. İsveçrəni təbrik edir və uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyanın iki sahə üzrə ABŞ-la əməkdaşlıq şansı var” –

Sonrakı məqalə

İyulun 1-2-də ali məktəblərə və kolleclərə imtahanlar keçiriləcək –