Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi

Orkhan Ali 31 Yanvar 2025 - 21:54 (Last updated: 21 May 2025 - 20:15)
Penitensiar Xidmətə

Penitensiar Xidmətə

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. AzPost xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67, 2 kvadrat metr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədi ilə ailə üzvləri ilə makler vasitəsilə 1 otaqlı mənzilə beh verib:

“Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdi. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən Hüseynoğlu rezidensə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim elədi. 4-5 nəfər oturmuşdu orda. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda 2 bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam kimi Məmmədova Sevinc və Məmmədov Alim adlı şəxslərin adı keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir dua verdilər və çıxıb getdilər. Ancaq sonra bizə məlum oldu ki, onlar getməyib, Abbas qapıdan onlara məlumat verdi ki, getdilər. Səhərisi qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər burda belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orda. O da dedi ki, burda belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq”.

Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. (lent.az)

Post navigation

Previous: Bu avtomobilləri qiymətinə görə almağa dəyər
Next: Məmurun 244 minlik qızılını oğurlayan qadın məhkəməyə gəlmədi

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.