Pentaqon “Hizbullah”ın Livan sərhədindəki hədəflərinə hücumu dəstəkləyib

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin “Hizbullah”ın Livan sərhədindəki hədəflərinə hücumunu dəstəkləyib.

Azpost.info xəbər verir ki, Ostin İsrail müdafiə naziri Yoav Qallantla telefonla danışıb və tərəflər təhlükəsizlik vəziyyətinin inkişafını və İsrailin əməliyyatlarını müzakirə ediblər.

Ostin və Qallant “Hizbullah”ın oktyabrın 7-də İsrailin şimalında HƏMAS-ın hücumu kimi hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca infrastrukturun sökülməsi zərurəti barədə razılığa gəliblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.