Pentaqon İsrail ordusunu əlavə qırıcılarla təmin edəcək

Pentaqon Yaxın Şərqdə ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 qırıcıları və A-10 hücum təyyarələrindən ibarət eskadrilyaların gücləndirilməsi üçün tədbirlər görüb.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin CNN-ə bildirib.

Vaşinqton həmçinin İsrail Müdafiə Qüvvələrini əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk partiya yaxın günlərdə təhvil veriləcək.

Ostin Yaxın Şərqə döyüş təyyarələrinin göndərilməsinin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, bölgəyə 20-25 ədəd F-35 və F-15 göndəriləcək.

O əlavə edib ki, əlavə qırıcıların yerləşdirilməsinin məqsədi İranın istənilən təcavüzünün və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların yayılmasının qarşısını almaqdır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.