ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı yeni hesabat yayıb.
Azpost.info bildirir ki, sənədə əsasən, son illərdə qeydə alınan yüzlərlə hadisənin bir hissəsi hələ də izah olunmayıb.
Hesabatda qeyd olunur ki, müşahidə edilən obyektlər yüksək sürətlə hərəkət edir, qəfil istiqamət dəyişir və mövcud texnologiyalara uyğun gəlməyən manevrlər edir.
ABŞ rəsmiləri bu obyektlərin xarici dövlətlərə aid gizli texnologiya, təbii atmosfer hadisələri, və ya hələ izah olunmayan başqa mənbələr ola biləcəyini bildirir.
Maraqlı məqam isə odur ki, bəzi pilotların verdiyi ifadələr obyektlərin “ağıllı idarəetmə” əlamətləri göstərdiyini ortaya qoyur.
Ekspertlər hesab edir ki, bu məlumatlar birbaşa yadplanetli varlıqların mövcudluğunu sübut etmir. Lakin bu sahədə araşdırmaların genişlənməsi yaxın illərdə daha konkret nəticələr verə bilər.