Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişib

Orkhan Ali 28 Mart 2024 - 16:23 (Last updated: 21 May 2025 - 20:15)
pese mekteb

Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə qiymətləndirilmənin nəticəsi məqbul olan şəxsə 5 (beş) iş günü müddətində peşə təhsili üzrə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra – sənəd) veriləcək.

– “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat 2 haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

– Sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

– Sənəd Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.

– Sənəd ərizəçi üçün yaradılmış “Şəxsi kabinet”də yerləşdirilir.

Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:

– Sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

– Ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

– Ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar:

– İxtisasın adı;

– İxtisasın kodu;

– Modulun adı (sertifikat verildiyi halda);

– Sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);

– Diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).

Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır.

Post navigation

Previous: Taksi minik avtomobilinə dair
Next: Rusiya son terror hücumundan sonra miqrantlara nəzarəti gücləndirib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.