Peşə standartlarının normativ bazası- Nazirlər Kabineti yaxın vaxtlarda təsdiqləyəcək

“Yaxın vaxtlarda Baş Nazir tərəfindən peşə standartlarının normativ bazası ilə bağlı layihənin təsdiq ediləcəyi gözlənilir”.

“Report”un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, peşə standartlarının tətbiqi həddindən artıq vacibdir: “Peşə standartları insanın müəyyən bir sahə üzrə minimum bilik və bacarıqlarını özündə əks etdirir. Əminik ki, yeni standartların tətbiqi əmək məhsuldarlığının artmasına təsir edəcək. Yəni insanlar öz işlərini daha səmərəli görəcəklər, işəgötürənlər öz işçilərini daha yaxşı qiymətləndirəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əmlak Komitəsi “Space”i məhkəməyə verdi

Sonrakı məqalə

Nazirlik pensiya sistemi ilə bağlı ittihamlara cavab verdi: