Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi “Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği” layihəsinə yekun vurub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib.

Layihə çərçivəsində məktəblərin yuxarı siniflərində təhsil alan, eləcə də ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilini populyarlaşdırmaq istiqamətində müvafiq işlər görülüb.

Ölkə KİV-lərində və sosial mediada peşə təhsilinin önəmi, Azərbaycanda bu sahənin hazırkı vəziyyəti, mövcud problemlər və onlardan çıxış yollarını əks etdirən onlarla məqalə, bloq yazısı, müsahibə və videomateriallar hazırlanaraq yayılıb. Eyni zamanda “Facebook” sosial şəbəkəsində (https://www.facebook.com/Peşə-təhsili-gələcəyin-açarı-2570353079858200) layihə çərçivəsində hazırlanmış materiallar davamlı olaraq istifadəçilərə çatdırılıb.

Layihə çərçivəsində hazırlanan materiallarda ölkənin tanınmış təhsil ekspertlərinin, millət vəkillərinin, peşə təhsili müəssisələrinin rəhbərlərinin, peşə təhsili alaraq uğur qazanmış insanların fikirləri əksini tapıb.

Yuxarı sinif şagirdləri arasında “Hansı peşəyə üstünlük verirsən?” mövzusunda keçirilən onlayn sorğunun nəticələri əsasında ölkədəki yeniyetmələrin peşə maraqları öyrənilib.

Layihə çərçivəsində ölkədə bu sahədə görülməsi vacib olan işlərin analizi aparılıb, müvafiq institutlara təqdim edilmək üçün əsaslandırılmış təkliflər hazırlanıb, sosial şəbəkələrdə və KİV-də sistemli iş aparılıb.

Təşkilat günümüzdə qaçılmaz zərurətə çevrilən peşə təhsilinin populyarlaşdırılması və ölkədə peşə təhsilinin səviyyəsinin dünyanın qabaqcıl standartlarına uyğunlaşdırılması istiqamətində təbliğati işlər görməyi, zəruri araşdırmalar aparmağı, hökumətə müvafiq təkliflər verməyi bundan sonra da davam etdirmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir –

Sonrakı məqalə

“Ermənistanı ərzaq qıtlığı gözləyir” –