Peterburqda saxlanılan ukraynalı konsul Rusiyanı tərk etdi –FOTO

Ukraynanın aprelin 17-də Sankt-Peterburqda saxlanılan konsulu Aleksandr Sosonyuk Rusiyanı tərk edib.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat verib.

Xatırladaq ki, Sosonyuk hüquq mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından məxfi məlumat əldə etməkdə şübhəli bilinərək saxlanılıb. Hadisədən sonra Rusiya XİN Ukraynanın müvəqqəti işlər vəkilinin Rusiya ərazisini tərk etməsini istəyib. Kiyev buna cavab olaraq Rusiyanın Ukraynadakı səfirliyinin böyük diplomatı Yevgeni Çernikovu ölkədən göndərib.O, Ukrayna ərazisini bu gün tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərminin qətlində günahlandırılan İlkin Süleymanova qarşı yeni ittihamlar irəli sürülüb

Sonrakı məqalə

Vikinqlər dəmirçilik sənətini yüz ildən az müddətdə öyrəniblər –