“Peyvənd dozalarının 76 faizi on ölkənin sərəncamındadır” –ÜST rəhbəri zəngin dövlətləri tənqid etdi

“Hazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi on ölkənin sərəncamındadır”.

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Təşkilatın baş direktoru Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır”.

Məlumata əsasən, ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir