Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Peyvənd olunmayan insan qızılca qarşısında müdafiəsizdir”

Orkhan Ali 22 Yanvar 2024 - 11:53 (Last updated: 21 May 2025 - 20:15)
peyvend usaq

“Son vaxtlar ölkə ərazisində, xüsusilə, uşaqlar arasında yayılan qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən aparılır”.

Bunu Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva deyib. O, uşaqlar arasında yayılan qızılca xəstəliyi ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirib.

Professor bildirib ki, qızılca təhlükəli infeksiyalardandır: “O çox yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Bu o deməkdir ki, qızılcaya yoluxmuş insanla təmasda olan və spesifik immuniteti olmayan şəxslər yoluxmaya məruz qala bilər. Çünki infeksiya mənbəyi yalnız xəstə insandır”.

Son aylar Bakıda və bəzi rayonlarda uşaqlar arasında qızılcanın, eləcə də məxmərəyin yayıldığını vurğulayan L.Allahverdiyeva qeyd edib ki, bunun əsas səbəbi valideynlərin vaksinasiyadan imtinasıdır: “COVID dövründə əhali qapalı vəziyyətdə yaşadı və vaksinlə əlaqədar həkimə müraciət etmədi. Peyvənd olunmayan insanlarda isə qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər inkişaf edə bilir. Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit, məxmərəyə qarşı peyvənd almayan istənilən şəxsin bu xəstəliyə yoluxma ehtimalı var. Bundan əlavə, qızılca ilə əlaqəli pnevmoniya, inaq, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və ya həzm sisteminə təsir edir. Körpələrdə, həmçinin azyaşlı uşaqlarda, o cümlədən hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda qızılca xəstəliyi ilə bağlı ağırlaşmalar daha çox müşahidə olunur”.

Mütəxəssis qeyd edib ki, pnevmoniyaya qarşı vaksinasiya olanlar 40 yaşına qədər yoluxa bilər. Lakin bu xəstəlik 40-dan sonra yüngül keçir və elə də çox hiss olunmur. Bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan şəxslər isə qızılca əleyhinə peyvəndlənməlidir. Ancaq qızılcaya yoluxmuş və allergiyası olan insanlar vaksinasiya oluna bilməz. Yəni kliniki simptomları qeyd edilənlər mütləq həkim müayinəsindən keçməlidir.

L.Allahverdiyeva bildirib ki, qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır: “Ümumiyyətlə, qızılcanın spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur. Lakin risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə ikincili bakterial infeksiya inkişaf edə bilər ki, bu da ağırlaşmalara gətirib çıxarar. Bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur”.

Post navigation

Previous: DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
Next: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin edildi

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.