PKK-nın liderlərindən olan Bilal Onat məhv edilib –FOTO

Türkiyə komandoları İraqın şimalında terror təşkilatı PKK-nın Əvasin əyaləti adlanan hökumətinin üzvü terrorçu Bilal Onatı havadan dəstəkli əməliyyatla zərərsizləşdirib.

Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Avasin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanıb. Xəbəri Anadolu Agentliyi yayıb.

Bölgəyə qarşı hava dəstəkli əməliyyatda terrorçu qrup zərərsizləşdirilərkən terrorçulardan birinin “Devrim Qarzan” kod adlı Bilal Onat və “Sidar Amed” kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.

Terrorçulardan Onat adlı şəxsin terror təşkilatı PKK-nın Avasin əyaləti adlanan hökumətinin üzvü olduğu bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə terror təşkilatı PKK-nın Zap bölgəsindəki döyüşündən məsul olan Serzan Mava kod adlı Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilib.

Əvvəlki məqalə

Sabah Bakıda leysan olacaq, dağlıq rayonlara sulu qar yağacaq –

Sonrakı məqalə

Məşhur müğənni Ceyn Birkin vəfat edib