“PKK-ya məxsus mağarada ancaq gözyaşardıcı qazdan istifadə edilib” –

Akar antiterror əməliyyatından danışdı
16 Fevral 2021 - 21:03

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” antiterror əməliyyatı zamanı ordu birləşmələri PKK-ya məxsus mağaraya daxil olarkən ancaq gözyaşardıcı qazdan istifadə edib. Əməliyyat zamanı bir neçəsi axtarışda olan 51 terrorçu məhv edilib, ikisi sağ ələ keçirilib.

Bu sözləri milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisində əməliyyatla bağlı hesabatı təqdim edərkən deyib. Nazir diqqətə çatdırıb ki, dostlarımız və müttəfiqlərimizlə koordinasiya edilən antiterror əməliyyatında terrorçuların hədəfləri dəqiq seçilib, hərəkatın planlaşdırılması və icrası zamanı mülki əhalinin həyatının və mülkiyyətinin təhlükəsizliyinə diqqət artırılıb.

Parlamentin iclasında daxili işlər naziri Süleyman Soylu da çıxış edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı İraqın şimalında keçirdiyi “Pəncə-Qartal 2” antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus mağarada 13 nəfər Türkiyə vətəndaşının cəsədi aşkarlanıb.