Planet üçün təhlükəli olan ev əşyası müəyyən olunub –FOTO

Kral Kimya Cəmiyyətinin (“The Royal Society of Chemistry”) alimləri planet üçün təhlükəli olan ev əşyasını müəyyən ediblər.

Bu barədə İngiltərənin “The Independent” qəzeti məlumat yayıb.

Xarici nəşrin yaydığı məlumata görə divar boyasının açıq qutuları ətraf mühit üçün zəhərlidir.

Xarici mütəxəssislər bildiriblər ki, boyanın tərkibindəki polimerlər polietilen paketlər qədər ətraf mühit üçün zərərlidir.

Tədqiqatçıların keçirdikləri sorğu nəticəsində müəyyən edilib ki, britaniyalı ailələr 50 milyon litrdən çox boya qalıqları saxlayır. Bu miqdar Tauer körpüsünü 2,3 min dəfə rəngləmək üçün kifayət edər. Çox vaxt maddənin artığı zibilxanaya atılır və ya yandırılır, bu cür tullantıların yalnız iki faizi təkrar istifadə və ya emal olunur.

Tədqiqatçılar lak və boya məhsullarının alınması ilə bağlı ajiotajı koronavirus pandemiyası ilə əlaqələndirirlər, belə ki, insanlar evdə daha çox vaxt keçirməyə və mənzilin təmiri ilə məşğul olmağa başlayıblar.

Boyanın artığının planetə vurduğu zərəri azaltmaq məqsədilə alimlər materialın lazımi miqdarını daha yaxşı hesablamağı və ya tullantıları təkrar emala təhvil verməyi məsləhət görüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlılrı Almatını tərk edib

Sonrakı məqalə

Bakıda Rusiya Mətbuat Günü qeyd olunub –