Plastik şüşələrdə olan içkilər sağlamlığınıza zərər verə bilər –HƏKİM RƏYİ

Plastik şüşələrdə olan içkilər sağlamlığınıza zərər verə bilər.

Azpost.info bildirir ki, bu barədə Dunay Universitetinin Tibb fakültəsinin alimləri xəbərdarlıq ediblər. Bu barədə Daily Mail qəzeti yazır.

Alimlər aşkar ediblər ki, plastik şüşələrdən içilən maye vasitəsilə qan dövranına daxil olan mikroplastiklər ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Eyni zamanda, mikroplastik hissəciklər təkcə plastik butulkalardan olan içkilərdə deyil, şüşə qablarda saxlanılan mayelərdə də olur.

Könüllülərin iştirak etdiyi eksperiment göstərib ki, iki həftə ərzində plastik və şüşə butulkalardakı sudan deyil, yalnız krandan su içənlərin  qan təzyiqi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.