Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edildi

- SƏRƏNCAM
03 Fevral 2020 - 17:21

Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncama əsaəsn, P.Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə bu ordenlə təltif olunub.