“Azərbaycanla Rusiyanın AŞPA-da baş verənlərə baxışı oxşardır” –Rusiyalı deputatlar

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti ilə çox gözəl təmaslarımız var. Azərbaycanla Rusiyanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır”.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsinin sədr müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bu gün AŞPA-nın qış sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Azərbaycanla Rusiyanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır. Bu da öz növbəsində bir sıra mürəkkəb məsələlərdə Azərbaycanın anlayışlı mövqeyinə ümid etməyə, digər tərəfdən Azərbaycanın dəstəyə ehtiyacı olduğu zaman bizim hazır olmağımıza imkan verir. Rusiya məmnuniyyətlə AŞPA-da Azərbaycana dəstəyini göstərir”, – deyə rusiyalı senator vurğulayıb.

AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy isə Rusiyanın təşkilatda Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla, bütün qonşu ölkələrin nümayəndə heyətləri ilə yaxşı münasibətdə olduğunu qeyd edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edildi

Sonrakı məqalə

Novruz bayramında bir həftə iş olmayacaq