Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı –-VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.

“Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.

Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb:

“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

3600 yaşı olan ən qədim ulduz xəritəsi Londonda nümayiş olunacaq

Sonrakı məqalə

Türkiyədə 6 bal gücündə zəlzələ olub