Polisə getmədən qeydiyyata düşmək mümkündür- VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) təqdim etdiyi “E-Polis” mobil tətbiqi vətəndaşların işini asanlaşdırmağa davam edir.

AzPost xəbər verir ki, artıq vətəndaşlar tətbiq vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmaq üçün onlayn şəkildə müraciət edə bilərlər.

“E-Polis” mobil tətbiqini “App Store” və “Google Play” platformalarından pulsuz şəkildə yükləmək mümkündür. Bu yenilik vətəndaşların qeydiyyat prosesində vaxtına qənaət edərək, daha sürətli və effektiv xidmət əldə etməsinə imkan yaradacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.