Polis gücləndirilmiş iş rejiminə keçir

Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədi ilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST:

Sonrakı məqalə

Prezident İlham Əliyev dünyanı bürümüş epidemiyadan danışdı: