Polis məmuru yeni ili qeyd etmələri üçün məhbusları azad edib

Zambiyada sərxoş polis məmuru yeni ili qeyd etmələri üçün 13 məhbusu həbsdən azad edib. AzPost xəbər verir ki, Titus Phiri adlı əməliyyat müfəttişi basqın, soyğunçuluq kimi cinayətlərdə ittiham olunan şübhəliləri paytaxt Lusakadakı Leonard Cheelo polis bölməsindən sərbəst buraxdıqdan sonra həbs olunub.

Onların hamısı hazırda axtarışdadır və onların tapılması üçün axtarışlara başlanılıb.

Polis sözçüsü Rae Hamoonqa bildirib ki, sərxoş vəziyyətdə olan Phiri həm kişi, həm də qadın kameraların kilidini açıb və şübhəlilərə yeni ilə keçməkdə sərbəst olduqlarını bildirərək azad olunduqlarını bildirib.

Həbsdə olan 15 şübhəlidən 13-ü qaçıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.