Polis valideyinlərini bıçaqlayan şəxsi belə güllələdi– ANBAAN VİDEO

Polis
Polis

ABŞ-da dəhşətli hadisə baş verib. Yanvarın 1-də West Valley City-də baş verən hadisədə valideynlərini bıçaqlayaraq öldürən şəxs hadisə yerinə gələn polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

AzPost xəbər verir ki, kameraya düşən görüntülərdə məmurlar evə girən kimi zirzəmiyə qaçıblar. İçəri girəndə 35 yaşlı Erik Bertelseni, qolları qan içində, 63 yaşlı anası Terri və 67 yaşlı atası Kerri Bertselseni bıçaqlamış vəziyyətdə tapıblar. Onlar qışqırsalar da, Bertelsen valideyinlərini bıçaqlamağa davam edib. Məmurlardan biri iki atəş açaraq qatili vurub.

Görüntülərdə o da aydınlaşır ki, Bertelsenə bıçağı atması üçün dəfələrlə xəbərdarlıq olunub. “Əgər bıçağı yerə atmasan, mən yenə vuracağam” deyən polis zabiti digər həmkarlarına yaxınlaşmamaları üçün xəbərdarlıq edib.

Hadisəyə müdaxilə edən polis məmuru standart prosedura görə, müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. İstintaq davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.