Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Oğlumun başı qan idi”

Orkhan Ali 09 Yanvar 2025 - 22:01 (Last updated: 21 May 2025 - 20:15)
1 copy

“Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nəbiyev dindirilib.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxslə mübahisələri 150 manat üstündə baş verib:

“Elnurla bizim aramızda 150 manatın mübahisəsi olub. Biz kirvəyik. Anam 160 manat verəsi idi. “Lotos” ticarət mərkəzinin arxasında mübahisə etdik. Mən onu itələyən anda araya hadisə yerində olan adamlar girdi. Mən müvazinətimi saxlaya bilmədim maşının yan tərəfinə dəydim və başımdan xəsarət aldım. Anam həmin yerdən keçirdi. Polisin 102 xidmətinə anam yığdı. Ancaq oradan post patrul xidmətinin əməkdaşları da keçib. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdu”.

Şahid Səidə İbrahimova təqsirləndirilən şəxslə qohumluq münasibətlərində olduğunu deyib:

“Mən bazar tərəfdə işləyirəm. Təsadüfən oradan keçəndə gördüm ki, Elnurla oğlum mübahisə edir. Oğlumun başı qan idi. Mən orda bıçaq görməmişəm. Polislər sonradan gəldilər. Son gördüyüm o oldu hər ikisini post patrul avtomobilinə mindirib bölməyə apardılar”.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

İttiham aktında göstərilib ki, Elnur Abbasov ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Səbail rayonu ərazisində saxlanılıb.

Onun üzərinə şəxsi axtarış zamanı 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda – 4,315 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Tədbirin davamı olaraq, Elnur Abbasovun razılığı və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülüb.

İttiham aktında o da qeyd olunub ki, ötən ilin avqustunda paytaxtın Nizami rayonu ərazisində Səidə İbrahimovanın Elnur Abbasova olan 150 manat borcunu qaytarmaması səbəbindən, Səidə İbrahimovanın oğlu Kənan Nəbiyevlə mübahisə yaranıb.

O, Kənan Nəbiyevin baş nahiyəsindən əli ilə vuraraq xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törədib.

E.Abbasov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.

Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.2-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: Tiktoker “Xan” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Next: Qadın sürücü işləyən ərini avtobusda bıçaqladı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.