Polis əməkdaşı tapança ilə özünü vurdu – FOTO

Türkiyənin Kocaeli şəhərinin Körfez rayonunda polis məmuru Sinan Cem Bayır evində başından vurulmuş vəziyyətdə ölü tapılıb. AzPost xəbər verir ki, hadisə Yavuz Sultan Səlim məhəlləsində, Şeyda küçəsində yerləşən binada baş verib. Əldə edilən məlumata görə, həyat yoldaşı evə qayıdan zaman onun cəsədini görüb və  dərhal 112 xidmətinə zəng edib. Hadisə yerinə təcili yardım və polis gəlib.

Polis əməkdaşının cəsədi morqa aparılıb. Araşıdrma zamanı onun ağır xərçəngdən əziyyət çəkdiyi ortaya çıxıb. İlkin ehtimala görə polis əməkdaşının intihar etdiyi bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.