Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətlə hadisə yerindən qaçıb.
“Ölkə.az” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdən aydın olur ki, Dövlət Yol Polisi əməkdaşı qaydaları pozan motosikleti saxlayır, lakin buna məhəl qoymayan sürücü polisə tabe olmayaraq, saatda 160 km sürətlə ərazidən qaçır.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən,
- müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.