Polşa Belarusla sərhədinə 50 kilometrlik divar çəkdi--FOTO

Polşa Belarusla sərhəddə 50 kilometr uzunluğunda divar inşa edib.

Azpost.info xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosu məlumat yayıb.

Belarus tərəfdən ilk müdaxilə artıq qeydə alınıb. Naməlum şəxslər şlaqbaumun metal hissələrini, aralarındakı boşluqları genişləndirməyə cəhd ediblər. Bundan başqa, Polşa sərhədçiləri hasarın altında iki tunel aşkar ediblər.

Onların fikrincə, bu, belaruslu həmkarlarının və ya onlardan alətlər almış miqrantların işidir. Sərhədçilərin sözlərinə görə, videomüşahidə və hərəkət sensorları quraşdırıldıqda divarın zədələnməsini izləmək asanlaşacaq.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-da qəzet yayımı üçün “E-KÖŞK” layihəsi təqdim olunub

Sonrakı məqalə

“3 uşağı olan qadınları niyə pensiyaya tez çıxarmırlar? Niyə ev vermirlər?” –