Polşa, Çex Respublikası və Sloveniyanın Baş nazirləri Kiyevə gəlib

Polşa, Çex Respublikası və Sloveniyanın Baş nazirləri Kiyevə gəlib.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravietski “Twitter”də bildirib.

“Məhz burada, müharibədən əziyyət çəkən Kiyevdə tarix yazılır. Məhz burada azadlıq tiranlıq dünyasına qarşı mübarizə aparır. Hamımızın gələcəyinin tarazlığı buradan asılıdır. Aİ Ukraynanı dəstəkləyir, Ukrayna dostlarının köməyinə arxalana bilər – biz bu mesajı bu gün Kiyevə çatdırdıq”, – Polşa hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Çex Respublikasının Baş naziri Petr Fiala, Polşanın Baş naziri Mateuş Moravietski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Janez Yanşa səfərə gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mail.ru, “Vkontakte” və “Odnoklassniki” defolt təhlükəsi ilə üzləşib”

Sonrakı məqalə

Polşa Prezidenti sabah Türkiyəyə səfər edəcək