Polşa Rusiya və Belarusdan olan yük maşınlarının girişinə qadağa qoyacaq- Bu tarixdən

Polşa iyunun 1-dən Rusiya və Belarusdan olan yük avtomobillərinin ölkəyə girişinə qadağa qoyacaq.

Azpost.info xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Qadağa yük maşınlarına, traktorlara, qoşqulara, yarımqoşqulara və avtomobil qatarlarına şamil ediləcək və növbəti bildirişə qədər qüvvədə qalacaq.

Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyi izahat vermişdi ki, tədbir ictimai təhlükəsizliyin tələbləri və hadisələrin gözlənilməz, böhranlı xarakter daşıması ilə əlaqədar təcili qabaqlayıcı tədbirlərin görülməsi zərurəti ilə əlaqədar həyata keçirilib.

Azpost.info

Əvvəlki məqalə

Əməkdar artist Elxan Qasımov oğlunun yanında dəfn olunub

Sonrakı məqalə

İsxaq Hersoq Azərbaycan Prezidentini İsrailə səfərə dəvət edib