Polşa Ukrayna taxılının ixracı üçün xüsusi limanlar tikməyi təklif edib

Rusiyanın “taxıl sazişi”ndən çıxması ukraynalı fermerlərin yeni məhsul ixrac etmək imkanlarını kəskin şəkildə azaldıb. Bunu nəzərə alan Polşa Baltik dənizi vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracında Ukraynaya kömək etmək istəyir.

Azpost.info xəbər verir ki, Polşanın kənd təsərrüfatı naziri Robert Telus “Bloomberg”ə bildirib ki, bunun üçün xüsusi limanların tikintisi tələb oluna bilər.

“Biz Ukraynaya kömək etməliyik və bunu başa düşürük. Biz sırf taxıl daşınması üçün aqroport adlanan limanlar tikməyi düşünürük”, – Telus deyib.

O, Avropa İttifaqını belə bir layihə üçün maliyyə ayırmağa çağırıb.

Telusun sözlərinə görə, Ukrayna taxılının Baltikyanı artıq mövcud olan Polşa limanları vasitəsilə ixracı iyunda 260 min tona yüksəlib. Bu, bir neçə ay əvvəl əsas tədarükün Qara dəniz vasitəsilə həyata keçirildiyi vaxtdan iki dəfə çoxdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.