“Polşa Ukraynanın qərb ərazilərini ələ keçirməyə başlayıb” –Patruşevdən AÇIQLAMA

“Polşa Ukraynanın qərb ərazilərini ələ keçirməyə başlayır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kazanda Volqaboyu ərazisində milli təhlükəsizliyin təmin edilməsinə dair müşavirədə bildirib.

“Görünən odur ki, Polşa artıq Ukraynanın qərb ərazilərini ələ keçirmək üçün hərəkətə keçir. Kiyev rejiminin qondarma Qərb tərəfdaşları da mövcud vəziyyətdən öz maraqları naminə yararlanmağa qarşı deyil və Ukrayna torpaqları ilə bağlı xüsusi planları var. Polşa prezidenti Dudanın Kiyevə səfəri və onun Polşa-Ukrayna sərhədinin tezliklə mövcudluğunu itirəcəyi ilə bağlı bəyanatları bunun əyani təsdiqi oldu”, – Patruşev deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ölkədə yanacaq satışı ilə bağlı heç bir çətinlik yoxdur” –

Sonrakı məqalə

İran prezidenti İlham Əliyevi təbrik etdi –