Poltava və Dnepr aerodromları sıradan çıxarılıb –Rusiya Müdafiə Nazirliyi

Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb”, – Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də qeyd edib.

Əvvəlki məqalə

Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunub

Sonrakı məqalə

“Rusiya Kiyevin Avropa İttifaqına qoşulmasına mane olmayacaq” –