“Rusiya Kiyevin Avropa İttifaqına qoşulmasına mane olmayacaq” –MEDVEDYEV

“Rusiya Kiyevin Avropa İttifaqına inteqrasiya cəhdlərinə mane olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Telegram” kanalında yazıb. “Bizim mövqeyimiz ukraynalılara məlumdur – əgər belə bir istək varsa, qoşulun. Deyəsən, indi avropalılar da Ukraynanı çox arzulayırlar. Yalnız bir problem var – Monteneqro və Makedoniya ilə son illərin təcrübəsi göstərir ki, Avropa İttifaqına giriş yalnız NATO vasitəsilə baş verir. Bunlar bir-birindən asılı təşkilatlardır”.

Medvedyev əlavə edib ki, Şimali Atlantika Alyansı faktiki olaraq Avropa İttifaqı üçün “baş tərəfdaşdır” və son nəticədə hər iki təşkilat ABŞ-ın siyasi iradəsinə tabedir.

Azpost.info

Əvvəlki məqalə

Poltava və Dnepr aerodromları sıradan çıxarılıb –

Sonrakı məqalə

“Rusiyaya qarşı sanksiyalara əməl edəcəyik” –