“Populist ifadəni rədd edirik” –Çavuşoğlu ABŞ prezidentinin "soyqırım" ifadəsinə etiraz etdi

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”. 

Bunu Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.

“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ prezidenti Bayden qondarma “erməni soyqırımı”nı tanıdı –

Sonrakı məqalə

“Baydenin bəyanatı təəssüf doğurur” –