Portuqaliya titulunu itirib –AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsinin ikinci oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün son matçı Sevilyada baş tutub.

Son Avropa çempionu Portuqaliya Belçika ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda fərqlənən Torqan Azarın qolu Belçikanı 1/4 finala daşıyıb.

Lakin komandanın lideri Kevin de Breyne ilk yarıda aldığı zədədən sonra oyunu davam etdirsə də, ikinci hissənin əvvəlində əvəzlənib. Son çempion Portuqaliya isə titulu ilə vidalaşıb.

1:0 hesabı ilə qalib gələn Belçika iyulun 2-də İtaliya ilə üz-üzə gələcək. Almaniyadakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bunadək Danimarka, İtaliya və Çexiya yığmaları 1/4 finala yüksəlib.

AVRO-2020
1/8 final
27 iyun
23:00. Belçika – Portuqaliya – 1:0
Qol: 
Torqan Azar, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. “Kartuya” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Sonrakı məqalə

“Güclü dövlətlər peyvənd üzərində nəzarət qurub, yoxsullar unudulur” –