Portuqaliyada funikulyor qəzasında 15 nəfər həlak olub

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.

Bu barədə “CNN Portugal” televiziya kanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində 15 nəfər həlak olub.

Təcili yardım xidmətindən telekanala bildirilib ki, daha 9 nəfərin vəziyyəti ağırdır. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.