Premyer Liqa: “Mançester Siti” səfərdə xal itirib

Futbol üzrə İngiltərə Premyer Liqasında VI tura start verilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Mançester Siti” səfərdə “Nyukasl”la qarşılaşıb. Görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Ev sahiblərinin heyətində Antoni Qordon, qonaqlarda isə Yoşko Qvardiol fərqləniblər.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “şəhərlilər” 1-ci pillədə qərarlaşıb. “Nyukasl” isə 11 xalla 5-ci sıradadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.