Prezident Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir

Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimi başlayıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Qeyd edək ki, 4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri – 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumunu birləşdirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.