Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident İlham Əliyev Özbəkistan dövlət başçısı ilə görüşüb –

User 10 Noyabr 2022 - 18:02 (Last updated: 21 May 2025 - 20:15)
ilham ozbek prez

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanımı Mehriban Əliyevanı qarşıladılar.

Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdirdilər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:

– Hörmətli İlham Heydər oğlu, bir daha Özbəkistana xoş gəlmisiniz. Sizi Səmərqənddə görmək mənə çox xoşdur. Çox şadam ki, Siz xanımınız Mehriban Arif qızı ilə birlikdə gəlmisiniz. Ona görə ki, mən demişəm, bu, rəmzi məna daşıyır. Dediyim kimi, sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir. Beləliklə, xoş gəlmisiniz!

Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə – 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr – Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, – Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi-qəlbdən təbrik edirəm.

Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Sağ olun, hörmətli Şavkat Miromonoviç.

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik. Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq.

Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də Sizi təbrik edirəm.

Əlbəttə, Sizin qeyd etdiyiniz mövzular gündəlikdədir. Biz Sizinlə razılaşdıq ki, qərarlarımızın yerinə yetirilməsinə nəzarət edəcəyik. Sizin qeyd etdiyiniz kimi, bütün istiqamətlər üzrə yaxşı proseslər gedir.

x x x

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.

Söhbət zamanı maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində müsbət nəticələrin olduğu bildirildi. Əczaçılıq, energetika sahələrində nailiyyətlər, həmçinin ipəkçilik sahəsində iki ölkə arasında qurulmuş uğurlu əməkdaşlıq layihəsindən çıxış edərək pambıqçılıq və toxuculuq sahələrində də ölkələrimiz arasında nailiyyətlərin olduğu vurğulandı. Bundan başqa, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi qeyd olundu. Bu Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi vurğulandı. Bu tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi ifadə edildi.

Dövlət başçıları, həmçinin iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edərək, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini bildirdilər.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə Görüşünün bu tarixi şəhərdə təşkil olunmasının önəmi qeyd edildi.

 

**

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Post navigation

Previous: “Oğlum dükanda şirniyyat satır…” –
Next: Bakıda iki uşaq “siçan dərmanı” yeyərək ölüblər

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.