Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü –CANLI

Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır.

AzPost bildirir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olacaq.

Canlı yayım bir qədər sonra başlanacaq.

İyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Sinxron tərcümə ilə:

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.