Prezident İlham Əliyev xalq şairi Ramiz Rövşənə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq şairi Ramiz Rövşənə ev hədiyyə edib.

“Real İntervu”ya danışan Ramiz Rövşən buna görə dövlət başçsına minnətdarlığını bildirib:

“Gözlənilməz hədiyyələr həmişə xoşdur. Mənzil də insanı sevindirən hədiyyədir. Amma mənim üçün ən böyük hədiyyə o Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. O hədiyyəni də mənə başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu bağışladı. Bu, mənim sənətimə edilən hörmət, verilən qiymətdir. Buna görə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gün Ramiz Rövşənin 74 yaşı tamam olur. (Qafqazinfo)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir