Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sədri olduğu Respublika Partiyasının qurultayında çıxış edərkən günahlarını etiraf edib.
“Sputnik Armenia”nın məlumatına görə, o qeyd edib ki, hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi: “Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim. Rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuma alıram”.
Serj Sarkisyan müxtəlif illərdə Ermənistanın milli təhlükəsizlik naziri, daxili işlər habelə müdafiə naziri vəzifələrində işləyib. 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.
