Prezident seçkilərinin II turunda xaricdə yaşayan 1 647 987 Türkiyə vətəndaşı səs verib

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkədələrdə yaşayan 1 milyon 647 min 987 Türkiyə vətəndaşı səs verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.

Qeyd olunub ki, səsvermə 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında (sərhəd) davam edir. Türkiyə xaricində ümumilikdə 3461 seçki qutusu qoyulub.

Xaricdə yaşayan vətəndaşlar üçün səsvermə prosesi mayın 24-dək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.