Prezident Tokayevin andiçmə mərasimi keçirilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Tokayev and içərək, xalqın etimadını doğruldacağına və Qazaxıstanı daha firavan ölkəyə çevirmək üçün səy göstərəcəyini vəd edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Tokayevə respublika prezidentinin vəsiqəsini təqdim edib.

Əvvəlki məqalə

Zakir Həsənov Hulusi Akara başsağlığı verib –

Sonrakı məqalə

Xerson şəhərinin sakinləri təxliyə olunur