ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp karantin rejimini Vaşinqtondakı evində keçirir.
Axşam.az xəbər verir ki, 38 yaşlı İvanka sosial şəbəkədə qızı ilə tikdiyi maskaların fotosunu paylaşaraq Amerika vətəndaşlarına müraciət edib:
“Gəlin, özümüzü infeksiyadan qorumağa davam edək. Evdən çıxarkən maska taxmağı unutmayaq. Ancaq qeyd edim ki, sosial məsafəni qorumasaq, bizə heç bir maska kömək etməyəcək”.
Xatırladaq ki, ABŞ prezidentinin qızı iş adamı Cared Kuşnerlə ailəlidir. Onların 3 övladı var.