Prezidentin köməkçisi:“Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlığının qorunması ilə bağlı təşəbbüslərlə çıxış edir”

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan humanist prinsiplər nəzərə alınmaqla “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib: “Azərbaycan hər iki girovumuzun koronavirusa görə sağlamlığının qorunması ilə bağlı da təşəbbüslərlə çıxış edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vitse-spiker koronavirusa görə istefa verdi

Sonrakı məqalə

“Vətəndaşlar “Evə gedirəm” portalında qeydiyyatdan keçən kimi Rusiya sərhədinə toplaşmamalıdır” –